“Bakı” voleybolumuzun flaqmanını çempionluqdan etdi
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinin II dövrəsi başlayıb. İdman.com.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilmiş VI turun ilk görüşündə “Lokomotiv” son ölkə çempionu “Rabitə” ilə qarşılaşıb. Cari mövsümdə hələ məğlubiyyət acıçı dadmayan Zoran Qayiçin komandası, Çellenc kubokunun son qalibini yenə məyus edib. Amma ilk matçdan fərqli, bu dəfə “dəmiryolçular” rəqibə ciddi müqavimət göstəriblər.

Günün digər oyununda “Bakı” müasir voleybolumuzun bayraqdarı “Azərreyl”lə üz-üzə gəlmb. Adı çəkilən görüşdə Çempionlar Liqasının 1/4 finalçısı favorit hesab olunsalar da, daim xarakter nümayiş etdirən debütant, yenə ənənəsinə sadiq qalıb. Düzdür, “Bakı” ilk setdə asanlıqla təslim olub. Amma növbəti hissələrdə hədsiz qələbə istəyi yekunda öz sözünü deyib.

“Azərreyl”in məğlubiyyəti “Rabitə”nin çempionluq yolunda işini daha asanlaşdırıb. İndi onu 2-ci yerdə qərarlaşmış “Lokomotiv”dən 9 xal ayırır. Qeyd edək ki, ilk turda olduğu kimi, VI oyun günündə də “İqtisadçı” istirahət edib.

Super Liqa. Qadınlar
11 aprel. Final mərhələsi, VI tur

“Lokomotiv” - “Rabitə” - 1:3 (25:20, 23:25, 14:25, 20:25)
“Bakı” – “Azərreyl” - 3:1 (15:25, 25:18, 25:23, 26:24)

O Q M S T X

1.“Rabitə” 5 5 0 15-2 413-312 15
2.“Lokomotiv” 5 2 3 7-10 354-404 6
3.“Bakı” 5 2 3 6-10 348-368 6
4.“Azərreyl” 5 2 3 8-11 427-424 5
5.“İqtisadçı” 4 1 3 6-9 309-347 4

Xəbər 1037 dəfə oxundu.