UEFA Avropa Liqasında dörddəbir finalçılar müəyyənləşib
Bu gün UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinə yekun vurulub.

Cari mövsümdə Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olmuş Madridin “Atletiko” klubu səfərdə Moskvanın “Lokomotiv”i darmadağın edib - 5:1.

Ukraynanın “Dinamo” komandası öz meydanında Romanın “Latsio” klubuna məğlub olub - 0:2.

Bilbaonun “Atletik” klubunun qonağı olan “Marsel” kollektivi səfərdə rəqibini məğlubiyyətə uğradıb -2:1.

Günün mərkəzi görüşü isə Londonda baş tutub. “Arsenal” öz meydanında “Milan”ı 3:1 hesabı ilə məğlub edib.

Digər oyunlarda isə aşağıdakı nəticələr qeydə alınıb:

“Viktoriya" (Çexiya) – “Sportinq” (Portuqaliya) - 2:1

“Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya) - 1:1

“Lion” (Fransa) – “ÇSKA” (Rusiya) - 2:3

“Zalsburq” (Avstriya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:0.

Bu nəticələrdən sonra “Arsenal”, “Atletiko”, “Sportinq”, “Marsel”, “Leypsiq”, “Latsio”, “Zalsburq” və “ÇSKA” dörddəbir finala vəsiqə qazanıblar.

Dörddəbir final mərhələsinin püşkatması bu gün saat 16:00-da keçiriləcək.

Xəbər 1125 dəfə oxundu.