8 yaşlılar qalibləri seçdi, növbə 10-larındır
Aprelin 2-dən 10-dək Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Respublika Şahmat Mərkəzində 8 yaşlı (2004-cü il təvəllüdlü və ondan kiçik yaşlı) oğlanlar və qızlar arasında şahmat üzrə paytaxt birinciliyi keçirilib. Yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, «Neftçi» İSM, «Sərhədçi» İOM, 16 №-li UGİM, 19 №-li UGİM, HRŞDK, Aura İdman Kompleksi, Nizami r-nu UGYM, Əlifba Uşaq Tədris Evi, «Şağan» OİK və Respublika Şahmat Klubunu təmsil edən 167 idmançı (onlardan 30 nəfəri qızlardır) iştirak edib.

Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Oğlanlar arasında I yeri 8 xalla Vüqar Manafov (1 №-li İOEUGŞDİM), II yeri 8 xalla Fərid Mustafayev (1 №-li İOEUGŞDİM), III yeri 7,5 xalla Elmar Atakişiyev (RİOEUGŞM), qızlar arasında I yeri 8 xalla Şəms Beydullayeva (HRŞDK), II yeri 7 xalla Zərin Şirinli (RİOEUGŞM) və III yeri 6,5 xalla Xədicə Şabanova (1 №-li İOEUGŞDİM) tutublar.

Qaliblər Baş İdarə tərəfindən qiymətli xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunublar. Yarışların nəticəsinə görə ilk 6 yeri tutmuş oğlan və qız iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Aprelin 10-dan isə Respublika Şahmat Mərkəzində 10 yaşlı (2002-2003-cü il təvəllüdlü) oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyinə start verilib. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təqvim-planına əsasən keçirilən yarışda şəhər üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, «Neftçi» İSM, «Sərhədçi» İOM, 19 №-li UGİM, HRŞDK, Nizami r-nu UGYM, T.İsmayılov adına UGYS, «Şağan» OİK və Respublika Şahmat Klubunu təmsil edən 119 idmançı (onlardan 31 nəfəri qızlardır) iştirak edir. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. Yarışların nəticəsinə görə ilk 4 yeri tutan oğlanlar və ilk 5 yeri tutan qızlar iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanacaqlar. Yarışlara aprelin 18-də yekun vurulacaq.

Xəbər 1335 dəfə oxundu.