Bu gün UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinə yekun vurulacaq | |
Martın 15-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab görüşləri keçiriləcək. Mərhələnin oyunları çərçivəsində 8 görüş keçiriləcək. Günün maraqlı qarşılaşmalarından biri Londonda oynanılacaq. İtaliyanın “Milan” klubu səfərdə “Arsenal”ın qonağı olacaq. İspaniyanın “Atletiko Madrid” komandası isə Moskvada “Lokomotiv” ilə üz-üzə gələcək. İtaliyanın “Latsio” komandası doğma meydanda “Dinamo Kiyev” ilə qarşılaşacaq. “Zenit” klubu Almaniyanın “Leypsiq” komandasını qəbul edəcək. Ümumiyyətlə, gün ərzində aşağıdakı qarşılaşmalar keçiriləcək: “Zalsburq” (Avstriya) – “Borussiya” (Dortmunt,Almaniya) – ilk oyunun nəticəsi – 2:1 “Atletik” (Bilbao,İspaniya) – “Marsel” (Fransa) – 1:3 “Lokomotiv” (Rusiya) – “Atletiko” (Madrid,İspaniya) – 0:3 “Lion” (Fransa) – “ÇSKA” (Rusiya) – 1:0 “Arsenal” (İngiltərə) – “Milan” (İtaliya) – 2:0 “Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya) – 1:2 “Viktoriya” (Çexiya) – “Sportinq” (Portuqaliya) – 0:2 “Dinamo” (Ukrayna) – “Latsio” (İtaliya) – 2:2. |
|
Xəbər 1327 dəfə oxundu. |
|
|