“Hamburq”un baş məşqçisi Bernd Hollerbax vəzifəsindən uzaqlaşdırılıb
“Hamburq” futbol klubunun baş məşqçisi Bernd Hollerbax Bundesliqanın 26-cı turunun oyununda komandasının “Bavariya”ya (0:6) məğlubiyyətindən sonra vəzifəsindən uzaqlaşdırılıb.

48 yaşlı sabiq futbolçu cari il yanvarın 22-dən - Markus Gizdolun istefasından sonra komandaya rəhbərlik edib.

Mövsümün sonunadək baş məşqçi vəzifəsinə “Hamburq”un gənclərdən ibarət komandasını çalışdıran 46 yaşlı Kristian Tits təyin edilib.

Xatırladaq ki, martın 8-də “Hamburq”un prezidenti və idman direktoru klubu tərk ediblər. “Hamburq” Almaniya çempionatında 26 turdan cəmi 18 xal toplayıb. İndiyədək Bundesliqanı tərk etməyən komanda liqadan çıxma ehtimalı olanların siyahısında 17-ci yerdədir.

Xəbər 1013 dəfə oxundu.