“Neftçi” klubu İzmirdə “Atletik” və “Sampdoriya” komandaları ilə qarşılaşacaq
“Neftçi” futbol klubunun U-12 komandası aprelin 6-dan 8-dək Türkiyədə keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.

48 komandanın iştirak edəcəyi turnirdə “Neftçi”nin “B” qrupundakı rəqibləri “Atletik” (İspaniya), “Sampdoriya” (İtaliya), “Fənərbağça”, “Bucaspor” (hər ikisi Türkiyə) və “Brommapoykarna” (İsveç) klublarıdır.

AZƏRTAC

Xəbər 1095 dəfə oxundu.