Rivaldo çətin günlər yaşayır
Məşhur braziliyalı futbolçu Rivaldo Afrikada çətin günlər yaşayır. İdman.com.az saytının məlumatına görə, 40 yaşlı yarımmüdafiəçi üçün Anqolanın “Kabuskorp” klubunda çıxış etdiyi ilk aylar məişət planında heç də asan olmayıb. Dünya çempionu “Tvitter” sosial şəbəkəsində səhifəsində bu haqda yazıb:

“Mən çox yaxşı rayon Tatalonda yaşayıram. Ancaq problem ondadır ki, burada su yoxdur. Bu, artıq 4 gündür. Çimmək? Bunu yalnız dostlarımın evində edirəm. Səhər məşqində sol dizimdə ağrı hiss etdim. Ancaq ümid edirəm ki, bu, ciddi deyil”.


Xəbər 1071 dəfə oxundu.