Azərbaycan millisi Kiyevdə Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirəcək
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 13-dən 17-dək Kiyevdə təlim-məşq toplanışı olacaq.

Hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Komandalar martın 14-də və 17-də üz-üzə gələcəklər.

Təlim-məşq toplanışına Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə), Nərmin Əhmədli (“Təhsil”), Peritan Bozdağ (“Konak Bələdiyyəspor”, Türkiyə), Ayşən Əhmadova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfəddinova (“Gənclik”), Dilge Uyğun (“Ayntraxt”, Almaniya), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Keşlə”), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Muazzəz Yağmur Özkumru (“Konak Bələdiyyəspor”, Türkiyə), Ülkü Özdəmir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”), Haticə Özdəmir (“Montabaur”, Almaniya) və Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyəspor”, Türkiyə) dəvət olunublar.

AZƏRTAC

Xəbər 1051 dəfə oxundu.