Stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə martın 12-16-da stolüstü tennis üzrə gənclər və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.

Şəxsi və komanda hesabında təşkil olunacaq turnirdə 2000-2002-ci, 2003-cü il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər mübarizə aparacaq.

Birinciliyin qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyası tərəfindən mükafatlandırılacaqlar.

Xəbər 1459 dəfə oxundu.