Qaret Beyl “Real”dan ayrılmaq istəyir
“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl mövsümün sonunda başqa komandaya keçmək niyyətindədir.

Uelsli futbolçu bununla bağlı qəti qərara Çempionlar Liqasının 1/8 finalında “PSJ” ilə cavab matçının 76-cı dəqiqəsində əvəzedici kimi meydançaya çıxmasından sonra gəlib. İlk oyunda isə Beyl 68-ci dəqiqədə oyuna daxil olmuşdu.

Futbolçunun agenti Conatan Barnett yayda yeni klublarla danışıqlar aparacaq. “Real” Beyli beş il əvvəl “Tottenhem”dən aldığı məbləğ - 100 milyon avro qarşılığında başqa kluba verməyə hazırdır.

Xatırladaq ki, “Real”ın uelsli futbolçu ilə müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.

Xəbər 1047 dəfə oxundu.