Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
Martın 7-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçiriləcək.

Londonda “Tottenhem” komandası doğma meydanda İtaliyanın “Yuventus” klubunu qəbul edəcək. Bu komandalar arasında Turində oynanılan ilk görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Digər oyunda isə İsveçrənin “Bazel” klubu səfərdə İngiltərənin “Mançester Siti” komandasının qonağı olacaq. İngiltərədə keçirilən görüşdə “şəhərlilər” 4:0 hesabı ilə qələbə qazanıblar.

Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1103 dəfə oxundu.