Qızlarmız daha bir beynəlxalq yarışda
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. İdman.com.az-in məlumatına görə, UEFA tərəfindən Tiflisdə təşkil olunan yarışda komandamızla yanaşı, Gürcüstan, Türkiyə və Qazaxıstan milliləri də mübarizə aparacaq. Artıq turnirin təqvimi də məlumdur. Yığmamız ilk oyununda Türkiyə ilə görüşəcək.

19 aprel
15:00. Gürcüstan – Qazaxıstan
17:00. Azərbaycan – Türkiyə

21 aprel
15:00. 3-cü yer uğrunda oyun
17:00. Final

Xəbər 1085 dəfə oxundu.