Türkiyə Superliqası: "Beşiktaş" komandası "Trabzonspor"u səfərdə məğlub edib
Futbol üzrə Türkiyə Super Liqasının 24-cü turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi qarşılaşmasında 44 xalla çempionatda üçüncü sırada qərarlaşan "Beşiktaş" komandası yeddinci sıradakı "Trabzonspor"la səfərdə oynayıb.

Son çempion "Beşiktaş" rəqibin qapısından iki cavabsız top keçirərək xallarının sayını 47-yə çatdırıb və ilk sıralarda qərarlaşan "Qalatasaray" və "Başakşehir" komandaları arasındakı xal fərqini azaldıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün 71-ci və 78-ci dəqiqələrində Rayan Babel dubla imza atıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə hesabında 50 xal olan "Qalatasaray" başçılıq edir. Eyni xala malik "Başakşehir" ikinci yerdə qərarlaşıb. "Beşiktaş" 47 xalla üçüncü, "Fənərbaxça" 44 xalla dördüncü yeri tutur.

Xəbər 1013 dəfə oxundu.