“İnter”in sabiq məşqçisi Ukrayna klubunda
Bakının “İnter” klubunun sabiq məşqçisi Andrey Kuptsov özünə yeni iş yeri tapıb. 41 yaşlı çalışdırıcı “Aleksandriya” klubunda baş məşqçi vəzifəsini icra edəcək. O, bu postda məşhur Leonid Buryakı əvəzləyib.

Qeyd edək ki, “İnter”in sabiq baş məşqçi Valentin Xodukinin köməkçilərindən olan Kuptsov bu komanda ilə 2007/08 mövsümündə Azərbaycan çempionu adını, növbəti mövsüm gümüş mükafatını qazanıb və 2 dəfə ölkə kubokunun finalına yüksəlib.

Xəbər 907 dəfə oxundu.