Gənc güləşçilərimiz Yakutskda xatirə turnirində iki medal əldə ediblər
Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə altıncı beynəlxalq turnir keçirilib.

Turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar.

Finaladək bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolustan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.

Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Üçüncü yer uğrunda görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Xəbər 1121 dəfə oxundu.