Topaz Premyer Liqası: “Neftçi” və “Keşlə” səfərdə qələbə qazanıb
Martın 4-də futbol üzrə Topaz Premyer Liqasında 18-ci turun daha iki görüşü keçirilib.

Hər iki qarşılaşmada qonaq komandalar qələbə qazanıblar. “Neftçi” komandası “Qəbələ”ni, “Keşlə” kollektivi isə “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Turnir cədvəlinə 45 xalla “Qarabağ” başçılıq edir. Ağdamlılardan 10 xal geri qalan “Qəbələ” 35 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü sırada gedən “Zirə”nin isə 32 xalı var.

Xəbər 577 dəfə oxundu.