Azərbaycanın U-17 millisi Ukrayna yığması ilə qarşılaşacaq
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

Komandalar martın 6-da “Dalğa Arena”da, martın 8-də isə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaqlar.

Xəbər 1060 dəfə oxundu.