Azərbaycan çempionatında XIX turun oyun cədvəli açıqlandı
Futzal üzrə Azərbaycan çempionatında XIX turun oyun cədvəli açıqlanıb. Yüksək Liqada bu turda turnir cədvəlində qonşu pillələrdə qərarlaşan komandalar qarşılaşacaqlar.

Turun mərkəzi oyunu lider “Araz”la ən yaxın izləyicisi “Marafon Futsal” arasında baş tutacaq. Əzəli rəqiblər EKOL və "Neftçi" İK də bu turda güclərini sınayacaqlar.

Maraqlı məqamlardan biri də “CBC Sport”un turun iki oyununu canlı yayımlanmasıdı. Bu, cari mövsümdə ilk belə hal olacaq.

Yüksək Liqa

XIX tur

6 mart

12:30. “Xəmsə” – “FK.İD.Futsal”

Bakı İdman Sarayı


14:30. EKOL – “Neftçi” İK (CBC Sport, canlı)

Bakı İdman Sarayı


16:30 “Araz” – “Marafon Futsal” (CBC Sport, canlı)


Bakı İdman Sarayı

Apasport.az

Xəbər 1050 dəfə oxundu.