İtaliya kuboku yarışlarının finalçıları bəlli olub
Kubokun son qalibi “Yuventus” yenidən həlledici matça vəsiqə əldə edib.

“Qoca sinyora” yarımfinal mərhələsində “Atalanta” üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər.

Günün ikinci yarımfinalı “Olimpiya” stadionunda baş tutub və “Latsio” “Milan”ı qəbul edib. Həm ilk, həm də cavab oyununun əsas və əlavə vaxtında hesab açılmayıb. “Milan” rəqibinə penaltilər seriyasında qalib gəlib – 5:4.

Final oyunu mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq.

Qeyd edək ki, “Milan” final matçında “Yuventus”la qarşılaşacaq. Bu komanda, həmçinin Avropa Liqasının 1/8 finalında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələcək. İlk oyun martın 8-də Milanda, cavab oyunu isə bir həftə sonra Londonda keçiriləcək.

Xəbər 1054 dəfə oxundu.