Ukrayna millisi Bakıya gəlir
Azərbaycan və Ukraynanın 17 yaşadək qızlardan ibarət milli komandaları arasında yoxlama oyunları keçiriləcək. Bu qarşılaşmalar Bakıda baş tutacaq.

Martın 6-da və 8-də keçiriləcək görüşlər Azərbaycan yığmasının Avropa çempionatının elit-raunduna hazırlıq məqsədi daşıyır. Qonaqlar isə ölkəmizə yeni baş məşqçi ilə gələcək.

Belə ki, Siyasət Əsgərovun rəqib həmkarı Ukrayna Futbol Federasiyasının müsabiqə komissiyasının qərarına əsasən yeni müəyyənləşib. Bu posta “Çernomorets”, Kiyev və Minsk “Dinamo”larında futbolçu çıxış etdiyi dövrlərdən tanınan Valeri Palamarçuk təyin olunub. 55 yaşlı çalışdırıcı debütünü Bakıda gerçəkləşdirəcək.

Qeyd edək ki, yığmamız martın 22-28-də Almaniyada baş tutacaq elit-raundun qrup oyunlarında meydan sahibləri İrlandiya və İslandiya ilə üz-üzə gələcək.

Apasport.az

Xəbər 1133 dəfə oxundu.