Astaralı idmançılar budo döyüş növləri üzrə X açıq Azərbaycan birinciliyində 6 medal qazanıblar
Astaralı idmançılar İmişlidə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş X açıq Azərbaycan birinciliyində 6 medal qazanıblar.

Uç gün davam edən yarışda astaralı idmançılardan Qılman Dadaşöv (65 kiloqram) birinci, Elmar Abdullayev (35 kiloqram), Nurlan Əlizadə (55 kiloqram) və Səbuhi Əhədullayev (64 kiloqram) ikinci, Zəfər Hüseynov (40 kiloqram) və Feyzulla Feyzullayev (50 kiloqram) üçüncü yeri tutublar.

İdmançıları yarışa məşqçi-müəllimlər - VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

Xəbər 1035 dəfə oxundu.