UEFA Çempionlar Liqasının və Avropa Liqasının reqlamentlərinə dəyişikliklər edib
UEFA Çempionlar Liqasının və Avropa Liqasının reqlamentlərinə dəyişikliklər edib. Bu dəyişikliklər gələn mövsümdə qüvvəyə minəcək.

Bundan sonra ən yüksək reytinqi olan 4 assosiasiyanın hər birinin 4 ən güclü komandası avtomatik olaraq Çempionlar Liqasının qrup mərhələsinə keçəcək.

Reytinqdə 5-ci və 6-cı yerləri tutan assosiasiyaların hər birindən iki klub birbaşa Çempionlar Liqasında yer alacaq.

Avropa Liqasının qalibi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq, halbuki əvvəllər yalnız pley-off mərhələsinə keçə bilərdi.

Klub əmsallarının hesablanması sistemi də dəyişdirilib. Assosiasiyanın əmsalı daha klubun əmsalına təsir göstərməyəcək, turnirdə həmin klubun tarixi uğurları nəzərə alınacaq.

Klublar arasında maliyyə resurslarının paylanması qaydası da dəyişdiriləcək. Klub və liqalara ayrılan maliyyə vəsaiti əhəmiyyətli dərəcədə artacaq, pul vəsaitinin yeni dördpilləli paylanması sistemi tətbiq ediləcək.

Xəbər 949 dəfə oxundu.