UEFA İtaliya klubunu cəzalandıra bilər
UEFA İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırmaya başlayıb.

Buna Avropa Liqası yarışlarının onaltıdabir final mərhələsi çərçivəsində “Borussiya” ilə oyunda Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub.

Bundan başqa, “Atalanta” komandasının fanatları oyun ərzində meymun səsləri çıxarıblar.

Klubun UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.

Xəbər 1016 dəfə oxundu.