Tərtər Olimpiya İdman Kompleksinin təməlqoyma mərasimi baş tutdu
Bu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Respublikasının prezidenti, MOK rəhbəri cənab İlham Əliyev tərəfindən idmana, idmançılara çox böyük qayğı və diqqət ayrıldığını bildirən nazir Azad Rəhimov, hal hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd etdi . Nazir, bu gün növbəti, 44-cü OİK-in təməlinin qoyulduğunu və bu il ölkəmizdə daha iki- Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırdı.

Azad Rəhimov xüsusi olaraq vurğuladı ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların rahat şəkildə idmanla məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.

Xəbər 1716 dəfə oxundu.