“Qarabağ”ın keçmiş hücumçusu Reynaldo Qazaxıstan klubu ilə müqavilə imzalayıb
Ağdamın “Qarabağ” futbol klubunun sabiq hücumçusu Reynaldo Qazaxıstanın “Aktobe” komandasına keçib.

Futbolçu klubla 2019-cu ilin sonunadək müqavilə imzalayıb.

Reynaldo Ağdam təmsilçisinin heyətində 3 dəfə Azərbaycan çempionu olub və Avropa Liqası yarışlarının qrup mərhələsində mübarizə aparıb. İyirmi səkkiz yaşlı futbolçu “Qarabağ”ın formasında 89 oyuna çıxıb və 47 qol vurub.

Qeyd edək ki, Reynaldo “Aktobe”yə Türkiyənin “Adanaspor” klubundan transfer olub.

Xəbər 720 dəfə oxundu.