Stolüstü tennisçimiz Latviya turnirində fəxri kürsüdə yer alıb
Latviyada stolüstü tennis üzrə “Riqa gənclərinin kuboku” turnirinə yekun vurulub.

Yeniyetmə idmançılar arasında keçirilən yarışda iştirak edən tennisçimiz Mərziyyə Nurmətova turniri bürünc medalla başa vurub.

Qeyd edək ki, turnirdə ölkəmizi məşqçi Qulu Quliyevin rəhbərliyi altında altı idmançı təmsil edib.

Xəbər 1185 dəfə oxundu.