“Bəzi məqamlarda azərbaycanlılar öz oyunlarını diktə etməyi bacarırdılar”
“Rusiya yığmasının çıxışını yalnız müsbət dəyərləndirmək olar. Əsas məsələ həll olunub: Tailanda vəsiqə qazanılıb”. İdman.com.az saytının məlumatına görə, bu sözü Rusiya futzalının veteranı Arkadi Belı deyib.

Vaxtilə Naxçıvanın “Araz” klubunun baş məşqçisi olan rusiyalı mütəxəssis DÇ-2012-nin pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Rusiya – Azərbaycan matçı (2:2) haqda fikirlərini açıqlayıb:

“Azərbaycanla oyunların çətin keçəcəyi əvvəlcədən gözlənilirdi. Cavab oyununun səfərdəki ilk matçdan daha çətin keçməsi də təəccüblü deyil. Lakin iki oyunun yekununda Rusiya yığması rəqibini həm ustalıq səviyyəsi, həm də oyun quruculuğunda aşkar qələbə qazandı”.

Belı bəxt amilini də önə çəkib: “Qeyd etməliyəm ki, cavab oyununda bəxt də tərəfimizdə oldu. Çünki matçın bəzi bölümlərində azərbaycanlılar öz oyunlarını diktə etməyi bacarırdılar. Bizim yığma isə kələfin ucunu itirmişdi, əsəbiləşirdilər, öz oyun sistemləri ilə oynama bilmirdilər.

Ümumilikdə isə komanda Avropa çempionatının finalçısı olsa da təcrübəsi çatmırdı. Komandanın ənənəvi liderləri Prudnikov və Pula formada deyildi, Sirilo isə ümumiyyətlə yox idi. Belə vəziyyətdə isə uşaqlara çox çətin idi. Oyun sistemi pozulmuşdu. Azərbaycan yığması isə öz əsəbi oyununu bizə sırımışdı və bunun sayəsində nəticə qazandı”.

Xəbər 961 dəfə oxundu.