Azərbaycan atleti Minskdə gümüş medala sahib olub
Minskdə atletika üzrə beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi 10 atlet təmsil edib.

Üç təkanla tullanma yarışlarında milli komandamızın üzvü Səid Nəcəfzadə 14 metr 98 santimetr nəticə ilə gümüş medala sahib olub.

“Ümid” idman klubunun yetirməsi olan S.Nəcəfzadə yarışa şəxsi məşqçisi Elvin Əliyevin rəhbərliyi altında hazırlaşıb.

Turnirdə 10 ölkədən 250-dən artıq idmançı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 1266 dəfə oxundu.