Əfsanəvi futbolçu Anatoli Banişevskinin xatirəsi yad edilib
Fevralın 23-ü “Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin anadan olmasının 72 ildönümüdür.

Bu münasibətlə “Neftçi” futbol klubunun prezidenti Kamran Quliyev, Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şuranın üzvləri, AFFA-nın və futbol ictimaiyyətinin nümayəndələri Anatoli Banişevskinin məzarını ziyarət ediblər.

Ziyarətçilər əfsanəvi futbolçunun məzarı önünə gül dəstələri qoyub, onunla bağlı xatirələrini bölüşüblər.

Xəbər 605 dəfə oxundu.