AFFA “Neftçi”nı çempionatdan çıxardı
AFFA İntizam Komitəsi 5 kluba texniki məğlubiyyət verib. Buna səbəb həmin klubların oyunlarda iştirak etməməsi olub.

Belə ki, “MKT-Araz” “Turan”la (U-16 liqası), “Sərhədçi” “Əlincə” (U-14 liqası) və “Bakı” ilə (U-11 liqası), “Neftçala” “Çevik”lə (Həvəskarlar arasında ölkə birinciliyi) oyunlarda iştirak etməyib və 0:3 hesablı texniki məğlubiyyət alıb.

“Neftçi AOC” isə U-15 liqasında üçüncü dəfə oyunlarda iştirak etməyib. Bu səbəbdən komanda çempionatdan çıxarılıb, bütün görüşlərdə 0:3 hesablı texniki məğlubiyyət verilib.


Xəbər 1126 dəfə oxundu.