Yeniyetmə stolüstü tennisçilərimiz Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər
Fevralın 23-25-də Latviyada stolüstü tennis üzrə Riqa gənclər kuboku turniri keçiriləcək.

2006-cı il təvəllüdlü və daha aşağı yaşlı tennisçilər arasında keçiriləcək yarışda Azərbaycanı Hüseyn Eylazov, Rüstəm Hacılı, Adil Əhmədzadə, Arzu Aslanova, Mehriban Dadaşova və Mərziyyə Nurmətova təmsil edəcəklər.

Turnirdə məşqçi Qulu Quliyevin rəhbərliyi ilə mübarizə aparacaq yeniyetmə tennisçilərimiz artıq Riqaya yola düşüblər.

AZƏRTAC

Xəbər 1210 dəfə oxundu.