Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir
Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turniri davam edir. 69-cu dəfə keçirilən yarışın ikinci günündə Azərbaycan millisinin iki idmançısı rinqə çıxıb.

Boksçularımızdan Ümid Rüstəmov (56 kq) ABŞ təmsilçisi Raymond Fordla üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu Eldar Quliyev (81 kq) də debütdə məğlubiyyətə üzülüb. O, Mixail Koxançiklə (Qazaxıstan) döyüşdə 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, yarışın üçüncü günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq.

Xəbər 1581 dəfə oxundu.