Astaralı idmançılar İranda keçirilən Beynəlxalq İdman Olimpiadasında uğurla çıxış ediblər
İran İslam Respublikasının Gilan əyalətinin Astara şəhərində karate (wkf, kyokushin), cüdo və taekvondo idman növləri üzrə II Beynəlxalq İdman Olimpiadasında astaralı idmançılar uğurla çıxış ediblər.

Beş gün davam edən Olimpiadada astaralı idmançılardan karate üzrə III dan qara kəmər ustası Ağadədə Əliyev 85 kiloqram, karate üzrə III dan qara kəmər ustası, məşqçi-müəllim Zamin Baxşıyev 80 kiloqram və Sadiq Tahirov 40 kiloqram çəki dərəcəsində karate (wkf ) yarışlarında ikinci yeri tutublar.

Xəbər 708 dəfə oxundu.