“Azoty-Pulavu”-“Çamberi Savoie” həndbol oyununu azərbaycanlı hakimlər idarə edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri kişi həndbolçular arasında Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışların qrup mərhələsinin oyunlarına dəvət alıblar.

Referilərimiz Vaqif Əliyev və Ələkbər Ağakişiyev fevralın 24-də Polşanın “Azoty-Pulavu” və Fransanın “Çamberi Savoie” komandaları arasındakı matçı idarə edəcəklər.

Polşada keçiriləcək ilk görüşdə EHF nümayəndəsi moldovalı Nikolae Vizitiu olacaq.

Xəbər 1197 dəfə oxundu.