Azərbaycan yığmasının elit-raunddakı oyunlarının vaxtı müəyyənləşib
Futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda Azərbaycan yığmasının keçirəcəyi oyunların vaxtı və stadionları müəyyənləşib.

Millimizin yer aldığı qrupun oyunları Finlandiyada keçiriləcək.

Aprelin 4-də millimiz Lahti şəhərindəki “Kisapuisto” stadionunda Fransa ilə qarşılaşacaq. Üç gün sonra futbolçularımız eyni stadionda Belçika yığması ilə üz-üzə gələcəklər. Aprelin 10-da isə qızlarımız Vantaa şəhərindəki İSS stadionunda Finlandiya ilə qarşılaşacaqlar.

Xəbər 1006 dəfə oxundu.