“Mançester Siti” klubu “Uiqan”a uduzaraq İngiltərə kuboku ilə vidalaşıb
Futbol üzrə İngiltərə kuboku yarışlarında daha bir dörddəbir finalçının adına aydınlıq gəlib.

Üçüncü divizion təmsilçisi “Uiqan” mərhələ adlamaq sevincini yaşayıb.

Premyer Liqanın lideri “Mançester Siti” ilə qarşılaşan Premyerşip təmsilçisi 1:0 hesablı qələbə qazanıb. Matçda yeganə qolun müəllifi “Uiqan”ın hücumçusu Vill Qriqq olub.

Qeyd edək ki, “şəhərlilər” görüşün ikinci hissəsini bir nəfər azlıqda keçiriblər.

Xəbər 1001 dəfə oxundu.