Armreslinq üzrə muxtar respublika birinciliyinin qalibləri məlum olub
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində fiziki imkanları məhdud şəxslər arasında keçirilən armreslinq (qol güləşi) üzrə muxtar respublika birinciliyi başa çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə Olimpiya sistemi əsasında iki kateqoriyalı çəki dərəcəsində (75-, 75+ kiloqram) keçirilən turnirdə 21 idmançı mübarizə aparıb.

Gərgin keçən idman mübarizəsinin yekununda Turan Hüseynov və Telman Şirinov öz çəki dərəcələrində turnirin qalibi adını qazanıblar. Vüsal Möhsünlü və İlqar Sadiqov ikinci, Toğrul Əliyev və Nahid Qurbanov isə üçüncü yerlərə layiq görülüblər.

Qalib idmançılar fəxri diplom və hədiyyələrlə təltif olunublar.

Xəbər 1047 dəfə oxundu.