Həmyerlimiz Rusiya paytaxtında rəqibə nokautla qalib gəlib
Aprelin 8-də Moskvada M-1 Globalın dəstəyi ilə təşkil edilən “Miks Fayt” realiti-şousuna seçim xarakterli döyüşlər keçirilib. İdman.com.az saytı xəbər verir ki, reytinq döyüşlərində Azərbaycanı iki idmançı təmsil edib.

"Miks Fayt" Qarışıq Döyüş Liqasının prezidenti Kənan Məmmədovun verdiyi məlumata görə, ölkəmizin idman şərəfini 77 kq-da İlqar Şəripov və 84 kq-da Ruslan Nəcəfəliyev qoruyub. İdmançılarımızdan İlqar Şəripov məğlubiyyət acısı yaşayıb. Ruslan Nəcəfəliyev isə rəqibə nokautla qalib gəlib.

Bununla Ruslan ən güclü 30 idmançı sırasına daxil olaraq realiti-şouda mübarizəni davam etdirmək imkanı qazanıb. Kənan Məmmədov idmançımızın çıxışından razı qalıb və onun inamlı qələbə qazandığını deyib.

Xəbər 3540 dəfə oxundu.