“Qaradağ Lökbatan” yüksək dəstəyə vəsiqə qazanıb
Azərbaycan çempionatının I divizionunun qalibi müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, XXV turun oyunlarından sonra “Qaradağ Lökbatan” I yeri təmin edərək, Premyer Liqaya yeganə vəsiqənin sahibi olub.

Adil Mahmudovun komandası səfərdə “Şahdağ”a uduzsa da (0:1), mövsümdəki ilk məğlubiyyət onların birinciliyi təmin etməsinə mane olmayıb. Belə ki, liderin ən yaxın izləyicisi “Karvan” da “Neftçala”ya eyni hesabla uduzub. Yevlax təmsilçisi hətta 2-ci pilləni də əldən verib.

Hazırda 22 oyundan 59 xalı olan “Qaradağ Lökbatan” 3 oyunu qalan “Neftçala”nı 13, 5 oyunu qalan “Karvan”ı 16 xal qabaqlayır. Bu isə onların Premyer Liqada yerini təmin etməsi deməkdir.

Qeyd edək ki, “Qaradağ Lökbatan” neçə illərdir “Neftçi” İSM adı altında çıxış edirdi. Bu isə onların digər Premyer Liqa təmsilçisi “Neftçi” PFK ilə yaxın olduğunu göstərirdi. Məhz bu üzdən Premyer Liqaya vəsiqə qazanması mümkün olmayan “neftçilər” adlarını “Qaradağ Lökbatan”a dəyişməklə, “Neftçi” PFK ilə eyni liqada çıxış etmək hüququ qazanıb.

Xəbər 994 dəfə oxundu.