İspaniya kubokunun finalında “Barselona” ilə “Sevilya” qarşılaşacaq | |
“Barselona” futbol klubu İspaniya kubokunun yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Valensiya” klubu ilə qarşılaşıb. “Mestalya” stadionunda keçirilən qarşılaşmada kataloniyalılar rəqiblərinə 2:0 hesabı ilə qalib gəliblər. İlk oyunda da rəqibini məğlub edən (1:0) “Barselona” “Kral kuboku”nun finalına yüksəlib. Həlledici qarşılaşmada Ernesto Valverdenin yetirmələrinin rəqibi “Sevilya” klubu olacaq. |
|
Xəbər 655 dəfə oxundu. |
|
|