Futbolçu meydanda həbs olundu
Braziliyanın Amazons ştatının çempionatında qəribə hadisə baş verib. «Sao Raymundo» və «İranduba» komandalarıının qarşılaşmasında futbolçu birbaşa meydanda həbs olunub. İdman.com.az saytının məlumatına görə, polislər onu hakimi döydüyünə görə həbs ediblər.

Görüşün ikinci yarısında referi Joao Batista Brito qonaqların oyunçusu Derlana ikinci sarı vərəqə göstərib. Lakin futbolçu sakitləşməyib şifahi həmlələrini yumruqlarına keçirib. Hakimin üzərinə atılan Derlan onu döyməyə başlayıb. Onu uzun müddət referidən uzaqlaşdıra bilməyiblər. Bunu ancaq polislər işə qarışdıqdan sonra etmək mümkün olub.

Onlar futbolçunun nazı ilə çox oynamayıblar və yerindəcə həbs ediblər.
Liqanın rəhbərliyi əvvəl Derlanı aylıq oyunlardan uzaqlaşdırmaq istəyib. Lakin sonradan ştatın futbol federasiyasının rəhbərliyi müddətin 2 ilədək uzadılmasına nail olub.

Xəbər 1015 dəfə oxundu.