"Pyönqçanq-2018": 17 dollardan 776 dollara
23-cü Qış Olimpiya Oyunları - "Pyönqçanq-2018"in biletlərinin qiyməti hələ 2016-cı ilin aprelində elan edilib və həmin ilin oktyabrından satışdadır.

Qiymətləri 17 dollardan 776 dollara qədərdir. Açılış və bağlanış mərasimlərinə biletləri 190-1293 dollar arasında olan qiymətərə almaq olar. Cəmi 1,07 milyon bilet satışa çıxarılıb. Ölkə daxili üçün nəzərdə tutulmuş 750 min biletdən yalnız 20 faizi satılıb. Buna əsas səbəb kimi biletlərin və olimpiya arenalarına yaxın mehmanxanaların qiymətinin baha olması göstərilir. Beynəlxalq satışda olan 320 min biletlə bağlı vəziyyəti isə qənaətbəxş saymaq olar. Onların 61 faizi artıq əllərdədir. Paralimpiya Oyunlarına çıxarılmış biletlərin isə cəmi 37 faizinin sahibi var.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 511 dəfə oxundu.