"Pyönqçanq-2018": Sülh və tərəqqi
23-cü Qış Olimpiya Oyunlarının keçiriləcəyi Pyönqçanq Koreya dilindən tərcümədə sülh və tərəqqi deməkdir. Elə bu səbəbdən bu iki sözün Oyunların şüarı elan edilməsi də təsadüf sayılmamalıdır. Şəhərdə 9940 sakin yaşayır. Lakin eyniadlı regionun cəmi 43666 əhalisi var. O, Koreyanın əsas xizək turizmi mərkəzidir. Əlavə edək ki, Koreyanın ərazisi 100210 kv. km-dir və 51 milyon 446 min əhalisi var. Dünyanın ərazisinə görə 107-ci, əhali sayı ilə 27-ci ölkəsidir.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunları fevralın 9-dan 25-nə qədər Koreya Respublikasının Pyönqçanq şəhərində keçiriləcək.

Xəbər 503 dəfə oxundu.