UEFA “Real”ın apellyasiya şikayətinə mənfi cavab verib
UEFA “Real Madrid”in Daniel Karvaxalla ilə bağlı apellyasiya müraciətinə baxıb.

İspan müdafiəçiyə verilən 2 oyunluq cəza qüvvədə qalıb. Beləliklə, Karvaxal “PSG”yə qarşı Çempionlar Liqasının səkkizdəbir finalında keçiriləcək ilk matçı buraxmalı olacaq.

26 yaşlı futbolçu Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə oyunda qəsdən sarı vərəqə almaqda ittiham olunurdu. Bununla da cəza limitini dolduran futbolçu “Borussia” ilə qrup mərhələsində keçirilən son oyunu buraxmışdı.

Xəbər 540 dəfə oxundu.