Futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub | |
Sloveniyanın Lyublyana şəhərində keçirilən futzal üzrə Avropa çempionatında ilk yarımfinalçılar məlum olub. 1/4 finalın ilk oyununda Serbiya ilə Qazaxıstan qarşılaşıb. Qazaxıstan komandası rəqibindən üstün olub - 3:1. Rusiya millisi isə meydan sahibləri Sloveniya yığmasına 2:0 hesabı ilə qalib gəlib. Qitə birinciliyindəki son yarımfinalçılar bu gün müəyyənləşəcək. Azərbaycan millisi Portuqaliya ilə, Ukrayna isə İspaniya ilə qarşılaşacaq. |
|
Xəbər 567 dəfə oxundu. |
|
|