“Barselona” İspaniya çempionatında rekord sayda məğlubiyyətsiz oyun seriyası nümayiş etdirib
“Barselona” futbol üzrə İspaniya çempionatının 22-ci turunun Kataloniya derbisində səfərdə “Espanyol” komandası ilə heç-heçə oynayıb.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri Jerar Morenonun 66-cı dəqiqədə vurduğu qoldan sonra irəli çıxıblar. 82-ci dəqiqədə isə “Barselona”nı məğlubiyyətdən Jerar Pikenin topu xilas edib.

Lionel Messinin komandası yeddi oyun davam edən qələbə seriyasını pozsa da, mövsümün startından ardıcıl olaraq məğlubiyyətsiz oyunun sayını rekord həddə – 22-yədək artırıb.

Komanda 2009/2010-cu il mövsümündə Xosep Qvardiolanın rəhbərliyi altında 21 məğlubiyyətsiz oyun nümayiş etdirərək rekord müəyyən etmişdi. Hazırda isə “Barselona” öz rekordunu yeniləyib. Ölkə çempionatında komanda sonuncu dəfə 2017-ci ilin aprelində uduzub.

58 xal toplayan “Barselona” Premyer Liqanın turnir cədvəlində ikinci yerdə olan Madridin “Atletiko” komandasını 12 xal üstələyərək, lider olmaqda davam edir.

Xəbər 621 dəfə oxundu.