Futtennis üzrə Azərbaycan Super Liqasının final mərhələsinin keçirilmə vaxtı məlum olub
Futtennis üzrə Azərbaycan Super Liqasının final mərhələsinin keçirilmə vaxtı məlum olub.

Müvafiq olaraq “A” və “B” qruplarında ilk 4 pillədə yer alan komandalar fevralın 10-da ölkə çempionunun adına aydınlıq gətirəcəklər.

“Marafon” idman klubunda baş tutacaq qarşılaşmalarda Azərbaycan kubokunun qalibi “Neftçi İdman Klubu”, turnirin favoritlərindən hesab edilən "Marafon", qrup oyunlarında yetərincə güclü təsir bağışlayan “Yeni Günəşli” kimi komandalar meydana çıxacaqlar.

Qeyd edək ki, futtennis üzrə Azərbaycan çempionatı ilk dəfə keçirilir.

Xəbər 591 dəfə oxundu.