İlk medal Silviyadan gəldi
Antalyada ağırlıqqaldıranlar arasında Avropa çempionatı start götürüb. İdman.com.az saytının məlumatına görə, yarışın ilk günündə sevinc müjdəsi gəlib. Qadınların mübarizəsində Silviya Angelova (48 kq) 2 hərəkətin cəmində 175 kq (78 kq + 97 kq ) qaldıraraq, bürünc medal qazanıb. Bu gün rəqabətə daha bir atletimiz – Valentin Xristov (56 kq) qoşulacaq.
Qeyd edək ki, xanım ağırlıqqaldıranlarımız yaxşı çıxış edəcəkləri halda, London olimpiadasına 1 vəsiqə qazanacaqlar.

Xəbər 1155 dəfə oxundu.