Azəryol” həndbol komandası “Çağırış kuboku” uğrunda növbəti oyununu keçirib
Qadın həndbolçular arasında “Çağırış kuboku” uğrunda keçirilən yarışların dörddəbir final mərhələsi çərçivəsində “Azəryol” (Azərbaycan) və “Kristianstad” (İsveç) komandaları növbəti dəfə üz-üzə gəliblər.

Təmsilçimizin nominal ev sahibi olduğu görüşdən yenə də skandinaviyalılar qalib ayrılıblar - 27:18.

Bakıda keçirilən hər iki oyunun ümumi nəticəsinə görə 57:41 hesabı ilə qalib gələn isveçli həndbolçular növbəti mərhələyə yüksəliblər.

Hər iki qarşılaşmanın baş hakimləri ukraynalı Marina Dupli və Olena Kaverina, Avropa Həndbol Federasiyasının (EHF) təmsilçisi isə türkiyəli Kənan Gökmən olub.

Xatırladaq ki, ilk görüşdə “Azəryol” komandası "Kristianstad” kollektivinə 30:23 hesabı ilə məğlub olmuşdu.

Xəbər 1357 dəfə oxundu.