Stolüstü tennis üzrə yüksək və standart liqa yarışlarına start verilib
Fevralın 3-də stolüstü tennis üzrə liqa yarışlarına start verilib.

Komanda xarakteri daşıyan yarışlar yüksək və standart liqalardan ibarətdir.

Yüksək liqada altı oğlan və qız, standart liqada isə 11 oğlan və yeddi qız komandası iştirak edir.

Liqa yarışları aprelədək davam edəcək. Liqa yarışları pilot layihə olaraq Bakı və Sumqayıtı əhatə edir. Yeniyetmələrin növbəti liqa oyunlarının bütün rayonları əhatə etməsi nəzərdə tutulub. Bununla yanaşı həvəskarlardan ibarət liqa oyunlarının təşkili işləri tamamlanmaq üzrədir.

Xəbər 1165 dəfə oxundu.